Londonda yaşayan azərbaycanlı, “Guavapay” şirkətinin qrup üzrə icraçı direktoru Elxan Nəsibov London Ticarət və Sənaye Palatasının (LCCI) nəzdində fəaliyyət göstərən Bacarıqlar Komitəsinin sədri təyin olunub.
Referans Azərtac-a istinadən xəbər verir ki, Elxan Nəsibov komitəyə sədrlik etməyin onun üçün böyük şərəf olduğunu deyib. O bildirib ki, komitə üzvləri ilə birlikdə çalışaraq əməkdaşlığı təşviq etməyi, innovasiyaları dəstəkləməyi və London biznesmenləri arasında sahibkarlıq ruhunu gücləndirməyi səbirsizliklə gözləyir.
Palatanın siyasət və kommunikasiya direktoru Liz Giles Elxan Nəsibovun komitəyə sədr təyin olunmasını yüksək qiymətləndirib: “Onun liderliyi və sənaye üzrə peşəkarlığı bizə biznes, təhsil və təlim arasında əlaqəni gücləndirməkdə kömək edəcək. Bu isə Londonun gələcək işçi qüvvəsinin hazırlanması baxımından olduqca vacibdir”,- deyə o qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta