AZ

İran və AEBA nümayəndələri əməkdaşlıq çərçivələrini müzakirə edəcəklər

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin nümayəndələri əməkdaşlıq çərçivələrini müzakirə edəcəklər.

APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Tehran” telekanalına açıqlamasında bildirib.Onun sözlərinə görə, AEBA baş direktoru müavininin İrana gözlənilən səfəri zamanı tərəflər mümkün əməkdaşlığın istiqamətlərini nəzərdən keçirəcək.

“Səfərin əsas məqsədi parlamentin qəbul etdiyi yeni qanunu nəzərə alaraq, İranın AEBA ilə dinc nüvə sahəsində əməkdaşlığı necə davam etdirə biləcəyini müzakirə etməkdir. Danışıqlar zamanı həmçinin agentliyin yoxlamalar üçün müraciət qaydaları, bu müraciətlərin Ali Milli Təhlükəsizlik Şurasında baxılması prosesi və onlara necə cavab veriləcəyi də gündəmdə olacaq,” – deyə nazir vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
3
apa.az

4Mənbələr