ABŞ-ın sabiq prezidenti Donald Tramp gələn həftə Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyi planlaşdırır. Bu barədə The New York Times məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp bu görüşdən sonra Rusiya və Ukrayna liderləri – Vladimir Putin və Vladimir Zelenski ilə üçtərəfli danışıqlar aparmaq istədiyini də bildirib.
Mənbələrin sözlərinə görə, Tramp bu planları çərşənbə günü Avropa liderləri ilə telefon danışığı zamanı açıqlayıb. Bildirilir ki, danışıqlarda yalnız bu üç lider iştirak edəcək və Avropa İttifaqının nümayəndələri cəlb olunmayacaq.
//Samir Qurbanov, Editor.az