"Qarabağ"ın UEFA Çempionlar Liqasında pley-offunda potensial rəqibləri qarşılaşıb.
İdman.biz xəbər verir ki, III təsnifat mərhələsinin ilk oyununda “Ludoqorets” (Bolqarıstan) öz meydanında “Ferentsvaroş”la (Macarıstan) qarşılaşıb.
Görüşdə qalib bəlli olmayıb. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Komadalar arasında cavab matçı bir həftə sonra Budapeştdə keçiriləcək.
Qeyd edək ki, “Qarabağ” mərhələnin ilk matçında səfərdə “Şkendiya”ya 1:0 hesabı ilə qalib gəlib.
İdman.biz