AZ

AFFA-da işdən çıxan Məmmədliyə yeni vəzifə verildi

“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib. Elnur Məmmədli klubun mətbuat xidmətinin rəhbəri təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, 2023-2025-ci illərdə AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsini tutub.

Məmmədli idman jurnalistikasında karyerasına ötən əsrin sonlarında başlayıb. O, bu illər ərzində müxtəlif televiziya kanallarında idman şərhçisi kimi çalışıb, həmçinin qəzet və saytlarda fəaliyyət göstərib.

Seçilən
55
10
axar.az

10Mənbələr