ABŞ-nin Hindistana tətbiq etdiyi tarif iqtisadi şantajdır...
Poliqon xəbər verir ki, bunu Lok Sabhadakı (Hindistan parlamentinin aşağı palatası) müxalifət lideri Rahul Qandi X sosial şəbəkəsində bildirib.
"Bu, iqtisadi şantajdır, Hindistanı ədalətsiz ticarət sazişi ilə razılaşmağa məcbur etmək cəhdidir" deyə yazıb və əlavə edib ki, Hindistanın baş naziri Narendra Modi "şzəifliyinin Hindistan xalqının maraqlarını üstələməsinə imkan verməməlidir.
Avqustun 6-da Tramp Hindistandan gələn mallara əlavə 25% rüsum tətbiq edən sərəncam imzalayıb. Onun sözlərinə görə, Rusiya neftini almaqla ölkə mahiyyət etibarı ilə Ukrayna ilə münaqişədə Rusiyanı maliyyələşdirir.
Buna baxmayaraq, Yeni Dehli Rusiyadan neft idxalını davam etdirmək niyyətindədir.
Poliqon.info