Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.
QOL.az xəbər verir ki, "Qarabağ"ın pley-off mərhələsində potensial rəqibləri olan "Ludoqorets" və "Ferentsvaroş" da üz-üzə gəlib. Matçda hesab açılmayıb - 0:0.
6 avqust
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
"Ludoqorets" (Bolqarıstan) - "Ferentvaroş" (Macarıstan) - 0:0
Komandalar arasında cavab qarşılaşması avqustun 12-də keçiriləcək.
Qeyd edək ki, bu komandalardan hansı növbəti mərhələyə yüksəlsə, "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Cütün məğlubu da Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) cütünün məğlubuna rəqib olacaq.