AZ

ABŞ nin Böyük Britaniyada yerləşdirdiyi nüvə bombalarının sayı açıqlandı

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Amerika Birləşmiş Ştatları (ABŞ) bir ay ərzində Şərqi İngiltərədəki əsas aviasiya bazası olan Lakenhitdə azı 20 nüvə bombası yerləşdirə bilərdi.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) media şöbəsinin rəhbəri Alister Bernett bildirib.

Onun sözlərinə görə, "NukewatchUK" təşkilatı Vaşinqtonun ötən ay Lakenhitə nüvə silahlarını qaytardığına dair kifayət qədər ciddi sübutlar təqdim edib. Bernett hesab edir ki, söhbət B61-12 nüvə bombalarından gedir. O, məxfilik səbəbindən yerləşdirilmiş döyüş başlıqlarının dəqiq sayını təxmin etməyin çətin olduğunu vurğulayıb.

"Təxmini hesablamalara görə, hazırda ABŞ-nin NATO-nun digər beş ölkəsinin ərazisində təxminən 100 bombası var. Ehtimal ki, Böyük Britaniyada onların sayı ən azı 20-dir", - Bernett əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
2
sherg.az

3Mənbələr