AZ

BƏƏ və Sudan arasında bütün uçuşlar dayandırılıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mülki Aviasiya Baş İdarəsi Sudanın aviaşirkətlərini iki ölkə arasında hava əlaqəsinin avqustun 6-sı səhər saatlarından etibarən dayandırılması barədə məlumatlandırıb.

APA xəbər verir ki, bu barədə “Asharq News” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, həmin gün Dubaydan və Port-Sudandan uçuş planlaşdıran sərnişinlər təyyarəyə minə bilməyiblər.

Sudan aviasiya hakimiyyətləri də məlumatı təsdiqləyib. “Asharq News”un qeyd etdiyinə görə, bu addım çox güman ki, Xartumla Əbu-Dabi arasında artan gərginliklə bağlıdır.

Seçilən
30
7
apa.az

8Mənbələr