AZ

BƏƏ və Sudan arasında bütün uçuşlar dayandırılıb

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mülki Aviasiya Baş İdarəsi Sudanın aviaşirkətlərini iki ölkə arasında hava əlaqəsinin avqustun 6-sı səhər saatlarından etibarən dayandırılması barədə məlumatlandırıb.APA xəbər verir ki, bu barədə “Asharq News” telekanalı məlumat yayıb.Qeyd olunub ki, həmin gün Dubaydan və Port-Sudandan uçuş planlaşdıran sərnişinlər təyyarəyə minə bilməyiblər.

Sudan aviasiya hakimiyyətləri də məlumatı təsdiqləyib. “Asharq News”un qeyd etdiyinə görə, bu addım çox güman ki, Xartumla Əbu-Dabi arasında artan gərginliklə bağlıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
7
apa.az

8Mənbələr