UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində günün oyunları başa çatıb.

Offsideplus.az xəbər verir ki, gün ərzində 6 oyun keçirilib. 

- İlk oyunda "Kayrat Almatı" klubu doğma meydanda "Slovan" klubuna 1-0 hesabla qalib gəldi.
- Növbəti oyunda "Brügge" səfərdə "Salzburq"a minimal hesabla (1-0) qalib gəldi. 
- "Qarabağ"ın potensial rəqiblərinin qarşılaşmasına gəldikdə isə, "Ludoqorets" doğma meydanda "Ferencvaroş" klubunu qəbul etdi, lakin oyunda qol olmadı. 
- "Srvena Zvezda" səfərdə "Lex Poznan" klubunun qonağı oldu və görüşdən 3-1 hesabla qalib ayrıldı.
- "Feyenoord" klubu Niderlandda "Fənərbağça"nı qəbul etdi və 2-1 hesabla qalib gəldi. 
- "Benfika" isə "Nitsa" səfərindən 2-0 hesabla qalib ayrıldı.