Fransa Prezidenti Emmanuel Makron hökumətə Əlcəzairə qarşı daha sərt mövqe tutmağı tapşırıb.
APA "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, bu barədə Makronun Fransa Baş naziri Fransua Bayruya ünvanladığı məktubda deyilir.
Prezident 2013-cü ildə imzalanmış və iki ölkə arasında viza rejimini sadələşdirən sazişin dayandırılmasını da tələb edib.
“2013-cü il tarixli, xidməti və diplomatik pasport sahibləri üçün vizasız rejimə dair saziş dayandırılmalıdır,” – deyə Fransa lideri qeyd edib.
Qeyd edək ki, bu qərar Parislə Əlcəzair arasında münasibətlərdə yaşanan gərginlik fonunda qəbul olunub.