UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində növbəti qarşılaşmalar keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Qazaxıstan təmsilçisi "Kayrat " öz meydanında Slovakiyanın "Slovan Bratislava" klubunu minimal hesabla məğlub edib – 1:0.
Avstriyada baş tutan görüşdə isə "Zalsburq" gözlənilmədən Belçikanın "Brügge" klubuna 0:1 hesabı ilə uduzub.
Bolqarıstanda keçirilən "Ludoqorets" – "Ferentsvaroş" oyununda tərəflər hesab aça bilməyiblər – 0:0.
Polşada "Lex Poznan" səfərdən gələn Serbiya nəhəngi "Srvena Zvezda"ya 1:3 hesabı ilə məğlub olub.
Niderlandda baş tutan maraqlı qarşılaşmada "Feyenord" Türkiyə təmsilçisi "Fənərbağça" üzərində 2:1 hesablı qələbə qazanıb.
Portuqaliyanın"Benfika" klubu səfərdə Fransanın "Nitsa" komandası üzərində oxşar hesabla qalib gəlib.
Qeyd edək ki, cavab oyunları gələn həftə keçiriləcək və bu mərhələnin yekununda Çempionlar Liqasının qrupuna vəsiqə qazanan komandalar müəyyənləşəcək.