AZ

Bred Pittin anası vəfat etdi

BAKI, 7 avqust. TELEQRAF

Hollivud ulduzu Bred Pittin anası 84 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-də dərc olunan “People” jurnalı məlumat yayıb.

Ceyn Etta Pittin ölümü barədə aktyorun qardaşı qızı Sidni məlumat verib. Onun sözlərinə görə, 85 yaşına bir neçə gün qalmış vəfat edən qadın "azadlığa qovuşub və yenidən oxuya, rəqs edə və rəsm çəkə bilər".

Aktyorun anası əvvəllər məktəbdə psixoloq-məsləhətçi kimi çalışıb. Onun 3 övladı olub. Ceyn Etta Pittin son illərdə xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Seçilən
5
teleqraf.com

1Mənbələr