AZ

Barlarda striptizçilərlə əmək müqaviləsi bağlanılacaq - Rusiyadan yeni tələb

Rusiyanın Əmək Müfəttişliyi barlarda striptizçilərin hüquqlarının müdafiəsi üçün reydlərə başlayıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Nijni Novqorod Əmək Müfəttişliyi gecə klublarından birində plandankənar yoxlamalar aparılıb.

Yoxlama nəticəsində barda əmək qanunvericiliyi pozuntuları qeydə alınıb. 

"Barin Club" MMC-dən aktrisa kimi fəaliyyət göstərən səkkiz işçi ilə əmək müqaviləsi bağlamaq tələb olunub. 

Nijni Novqorod vilayətinin baş dövlət əmək müfəttişi gecə klublarında işçilərin hüquqları tam bərpa olunmayana, qeyri-qanuni məşğulluq aradan qaldırılmayana qədər yoxlamaların davam edəcəyini bildirib.

 

Seçilən
19
1
qafqazinfo.az

2Mənbələr