Bred Pittin anası Ceyn Etta Pitt 84 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə aktyorun qardaşı qızı Sidney Pitt İnstaqram hesabında yazıb.
O, Ceyn Ettanın həyatından sevincli və yaddaqalan anları əks etdirən bir neçə fotoşəkil yerləşdirib, ona dərin sevgisini ifadə edib.
Qeyd edək ki, Ceyn Etta Pitt bir çox mühüm tədbirdə oğlunu qırmızı xalçada müşayiət edib.
Hələki Bred Pitt baş vermis itki ilə bağlı heç bir açıqlama verməyib.