AZ

Şəkər xəstələrinin qəbul etdiyi bu dərman ölüm riskini də azaldırmış

Uzun müddətdir ki, 2-ci tip diabetin müalicəsində istifadə edilən “Metformin” dərman preparatının demensiya və vaxtından əvvəl ölüm riskini aşağı saldığı məlum olub. 

“Qafqazinfo” xəbər verir ki, Çinin Taypey Tibb Universitetinin tədqiqatçıları belə nəticəyə gəliblər.

450 mindən çox artıq çəkili insan üzərində aparılan araşdırmalar “Metformin” qəbul edənlərdə əqli zəifləmə və vaxtından əvvəl ölüm riskini azaltdığı üzə çıxıb. Onların demensiya riski 8-12 faiz, ölüm riski isə 26-28 faiz aşağı olub.

“Metformin”in təkcə diabet üçün deyil, həm də yaşa bağlı xəstəliklərin qarşısının alınmasında faydalı ola biləcəyi qənaətinə gəlinib. 

Seçilən
7
2
qafqazinfo.az

3Mənbələr