BAKI, 7 avqust. TELEQRAF
Ukraynada müharibənin başa çatması üçün yaxşı perspektivlər var.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı bildirib.
O həmçinin Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə görüş üçün də perspektivlərin kifayət qədər yaxşı olduğunu sözlərinə əlavə edib.
ABŞ lideri bildirib ki, yaxın bir neçə həftə ərzində Ukraynada müharibənin başa çatdırılmasına nə qədər yaxın olduğu barədə nəticəyə gəlməyə ümid edir. Onun sözlərinə görə, hazırda bu istiqamətdə böyük irəliləyiş var.
Tramp hesab edir ki, Rusiyaya verilən vaxt bitib. Bununla belə o, sanksiyalar mövzusuna toxunmayıb və qarşıda "ciddi danışıqlar" ola biləcəyinə işarə edib.