BAKI, 6 avqust. TELEQRAF
ABŞ-nin Hindistana qarşı tətbiq etdiyi rüsum iqtisadi şantajdır.
Teleqraf xəbər verir ki, bu barədə Lok Sabhanın (Hindistan parlamentinin aşağı palatası) müxalifət lideri Rahul Qandi “X” sosial şəbəkəsində yazıb.
"Bu, iqtisadi şantajdır. Bu, Hindistanı ədalətsiz ticarət sazişinə razılaşmağa məcbur etmək cəhdidir", - o bildirib.
Rahul Qandi əlavə edib ki, Hindistanın Baş naziri Narendra Modi "öz zəifliyinin Hindistan xalqının maraqlarından üstün olmasına imkan verməməlidir".