BAKI, 7 avqust. TELEQRAF
Braziliya Prezidenti Lula da Silva 50 fazilik rüsum tətbiqinin ləğvi üçün ABŞ Prezidenti Donald Trampa zəng etmək niyyətində deyil.
Teleqraf xəbər verir ki, Braziliya prezidenti "Reuters"ə açıqlamasında Trampla "alçaldıcı danışıqlara" ehtiyac duymadığını bildirib.
Onun sözlərinə görə, Braziliya qarşılıqlı rüsumların tətbiqi barədə açıqlama vermək niyyətində deyil.
"İntuisiyam mənə Trampın danışıqlara hazır olduğunu bildirdikdə, ona zəng etməkdən çəkinməyəcəyəm. Amma bu gün intuisiyam mənə onun danışmaq istəmədiyini deyir. Və mən özümü alçaltmaq fikrində deyiləm", - Lula deyib.