BAKI, 7 avqust. TELEQRAF
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Zaporojye Atom Elektrik Stansiyasındakı ekspertləri stansiyanın yaxınlığında artilleriya atəşi səslərini eşidiblər.
Teleqraf xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilib.
AEBA rəhbəri Rafael Qrossi bildirib ki, Zaporojye AES yaxınlığında hərbi fəaliyyət aktivlik ciddi narahatlıq doğurur.