BAKI, 7 avqust. TELEQRAF
Cənubi Qafqaza nəzarətin itirilməsi Rusiya üçün uzunmüddətli fəsadlara səbəb olacaq.
Teleqraf xəbər verir ki, bunu "Tsarqrad" nəşrinin siyasi şərhçisi, siyasi elmlər doktoru Andrey Pinçuk bildirib.
O sözləyib ki, Türkiyə uzun müddətdir Azərbaycanın əsas ərazisini Naxçıvanla, daha sonra isə Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi ideyasını irəli sürür.
Siyasi şərhçinin sözlərinə görə, ərazisindən bu dəhlizin keçməli olduğu Ermənistan, formal olaraq KTMT-nin üzvü olsa da, faktiki olaraq nəzarətdən çıxıb və Rusiyanın dəstəyindən məhrum olub.
"Əgər Moskva Cənubi Qafqaza nəzarəti geri qaytarmasa, uzunmüddətli fəsadlarla üzləşəcək. Bu isə təkcə İrəvan və ya Bakı üzərində təsirin itirilməsi deyil, həm də anti-Rusiya mövqeyini gizlətməyən ABŞ, Böyük Britaniya və Türkiyə kimi oyunçuların regiona gəlməsi ilə nəticələnə bilər", - Pinçuk bildirib.
O əlavə edib ki, faktiki olaraq söhbət Rusiyanın Avrasiya geosiyasətinin əsas regionlarından birindən sıxışdırılıb çıxarılmasından gedir.