BAKI, 7 avqust. TELEQRAF
ABŞ-də Rusiyaya məxfi məlumatları ötürməkdə şübhəli bilinən 22 yaşlı hərbçi Teylor Li həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Li Rusiya nümayəndəsinə M1A2 Abrams tankının və ABŞ istehsalı olan digər zirehli texnikaların texniki xüsusiyyətləri, həmçinin ABŞ-nin hərbi əməliyyatları barədə məlumatlar olan SD-kart ötürüb. Bundan əlavə, hərbçi tankın avadanlıq komponentlərindən birinin ötürülməsini müzakirə edib. İyul ayının sonunda o, vəd etdiyi materialları göstərilən yerə gətirib, bundan sonra saxlanılıb.