BAKI, 7 avqust. TELEQRAF
Dövlət Departamentinin insan hüquqlarına dair bu dəfəki illik hesabatları göstərir ki, Prezident Donald Trampın administrasiyası insan haqlarının pozulması ilə bağlı tələbləri yumaşldacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Washington Post” nəşri yazıb.
İsrail, Rusiya və El Salvador üzrə sızdırılmış hesabat layihələrinə istinad edən qəzet bu sənədlərin sabiq ABŞ Prezidenti Cozef Baydenin administrasiyası dövründə hazırlanmış hesabatlardan xeyli dərəcədə qısa olduğunu bildirib.
Qeyd edək ki, ötən ilin hadisələrini əhatə edən builki hesabatlar hələ rəsmi olaraq açıqlamayıb. Adətən, illik hesabatlar hər ilin təxminən mart və ya aprel aylarında açıqlanır.