AZ

Saakaşvili: Sabah Ermənistan və Azərbaycanın iştirakı ilə tarixi hadisə baş verəcək

Ən mühüm tarixi hadisə sabah Vaşinqtonda baş verəcək, Ermənistan və Azərbaycan Donald Trampın vasitəçiliyi ilə sülh müqaviləsi imzalayacaq...

Poliqon xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkələrdə yazıb.

“Əliyevlə Paşinyan çoxdan danışırdılar, lakin ABŞ prezidentinin müdaxiləsi sürətləndi.Bu gün dünya tarixində Qafqazın Rusiyanın pəncəsindən azad olunduğu tarix olaraq qalacaq.

Rusiya artıq rəsmi olaraq Cənubi Qafqazın üç ölkəsindən ikisində hegemonluğunu itirir və Gürcüstan üzərində nəzarəti özündə saxlayır”, deyə o yazıb.

Poliqon.info 

Seçilən
60
2
poliqon.info

4Mənbələr