AZ

ABŞ-nin “Patriot”un saxlanması və istehsalına xərcləyəcəyi məbləğ məlum olub

Amerika Birləşmiş Ştatları “Patriot” hava hücumundan müdafiə raket sistemlərinin saxlanması və istehsalının potensial genişləndirilməsi üçün 20 il ərzində 50 milyard dollar ayıracaq.

“Report” xəbər verir ki, bu barədə RİA Novosti satınalma bildirişinə istinadən məlumat yayıb.

Daha əvvəl bildirilib ki, Pentaqon bu sistemlərə Raytheon Technologies (RTX) tərəfindən bir il müddətinə texniki xidmət göstərilməsi üçün müqavilə imzalayıb.

Məlum olub ki, ilk mərhələlərdən biri “Patriot” sistemlərinin gündəlik işləməsi üçün lazım olan ixtisaslaşdırılmış çap dövrə lövhələri və soyutma ventilyatorları da daxil olmaqla 14 kritik komponentin çatdırılması olacaq. Bu müqavilə üzrə əsas müştəri Pentaqon, eləcə də onun tabeliyində olan strukturlar olacaq.

“Patriot” hava hücumundan müdafiə sistemləri ABŞ-ın qlobal raketdən müdafiə sisteminin əsas elementidir. Sistemlər ilk dəfə 2023-cü ildə Ukraynaya çatdırılıb.

Seçilən
33
report.az

1Mənbələr