AZ

Timsahın mədəsində balıqçının qalıqları aşkar edildi

BAKI, 7 avqust. TELEQRAF

Avstraliyada itkin düşmüş balıqçının qalıqları timsahın mədəsində aşkar edilib.

Teleqraf xəbər verir ki, bu barədə “Daily Sun” nəşri məlumat yayıb.

65 yaşlı Kevin Darmodi 2 avqust tarixində, Kvinslendin şimalında yerləşən, daraqlı timsahların çox rast gəlindiyi Kennedis-Bend bölgəsində dostları ilə balıq tutarkən yoxa çıxıb. İki gün davam edən axtarışlardan sonra polis 4,1 və 2,8 metr uzunluğunda iki böyük timsahı yuxu iynəsi ilə yatırdıb. Onlardan birinin mədəsində insan qalıqları aşkar edilib.

Qeyd edək ki, Avstraliyanın bu bölgəsində timsahların insanlara hücum etməsinə nadir hallarda rast gəlinir. 1985-ci ildən indiyədək yalnız 13 ölüm hadisəsi qeydə alınıb. 1974-cü ildə timsah ovuna qadağa qoyulduqdan sonra Kvinslenddə timsahların sayı 5 mindən 30 minədək artıb.

Hökumət insanlar üçün təhlükəli yerlərdə "problemli timsahların" tutulması proqramını həyata keçirir.

Seçilən
13
teleqraf.com

1Mənbələr