AZ

Kosmosdan gələn siqnalların SİRRİ AÇILDI

Alimləri çaşbaş qoyan, qəribə kosmik siqnalların sirri açılıb.

Publika.az xəbər verir ki, kosmosdan gələn sirli radio siqnallarının pulsarın yeni bir növündən qaynaqlandığı müəyyən edilib.

Çin astronomları bu siqnalların mənbəyinin qəribə cırtdan pulsarlar ola biləcəyi iddiasını irəli sürüblər.

Tədqiqat "The Astrophysical Journal"da dərc olunub.

Adi pulsarlardan – millisaniyə və ya saniyəlik dövriliklə radiosiqnallar göndərən sürətlə fırlanan ulduzlardan fərqli olaraq, bu obyektlər hər on dəqiqədə bir dəfə “aktivləşir”.

Sincan Astronomiya Rəsədxanasından professor Çjou Syanın komandası bununla bağlı qeyri-adi bir fərziyyə irəli sürüb: Ola bilsin ki, bunlar adi neytron ulduzları deyil, mərkəzində qəribə kvark maddəsi olan ekzotik cisimlərdir. Bu, çox yüksək təzyiqlərdə mövcud ola bilən maddənin nəzəri formasıdır. Əgər belə bir maddə həqiqətən mövcuddursa, o, ulduzu böyüdür və hətta son dərəcə yavaş fırlanma zamanı belə radio siqnalları yaymağa imkan verir.

Seçilən
61
publika.az

1Mənbələr