BAKI, 7 avqust. TELEQRAF
Atəşkəs əldə olunsa da, Taylan və Kamboca sərhədində gərginlik davam edir.
Teleqraf xəbər verir ki, iki ölkə rəsmilərinin kövrək atəşkəsi möhkəmləndirmək üçün Malayziyanın paytaxtı Kuala Lumpurda danışıqlar apardığı bir vaxtda mübahisəli sərhədlərinin hər iki tərəfinə qoşunlar yığılmaqda davam edir.
Kuala Lumpurda keçirilən dörd günlük sammit cümə axşamı başa çatacaq. Sammitdə Tailandın müdafiə nazirinin müavini Natthaphon Nakpanit və Kambocanın müdafiə naziri Tea Seiha iştirak edir.
Tayland parlamentinin üzvü Vasavat Puangpornsri münaqişənin hər an alovlana biləcəyini bildirib.
Bir-birindən təxminən 50 metr aralıda yerləşən qoşunlar əmr gözləyirlər.
İyulun 24-də iki ölkə arasında baş verən şiddətli döyüşlərin nəticəsində təxminən 20 min taylandlı evindən didərgin düşüb.