AZ

BƏƏ Sudana olan bütün uçuşlar DAYANDIRDI - Bu səbəbdən...

Ajans.az xəbər verir ki, bu barədə “Asharq News” telekanalı məlumat yayıb. Məlumatda bildirilir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Sudan ilə hava əlaqəsinin dayandırılması barədə qərar qəbul edib. Qeyd olunub ki, həmin gün Dubaydan və Port-Sudandan uçuş planlaşdıran sərnişinlər təyyarəyə minə bilməyiblər. Sudan aviasiya hakimiyyətləri də məlumatı təsdiqləyib. “Asharq News”un qeyd etdiyinə görə, bu addım çox güman ki, Xartumla Əbu-Dabi arasında artan gərginliklə bağlıdır.
Seçilən
44
7
Ajans.az

8Mənbələr