AZ

Saakaşvili Vaşinqtondakı Əliyev-Paşinyan görüşünü “tarixi hadisə” adlandırıb

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda gözlənilən görüşü “ən mühüm tarixi hadisə” adlandırıb.

O bildirib ki, Donald Trampın vasitəçiliyi ilə sülh sazişinin imzalanması “Qafqazın Rusiyanın caynağından azad olunması” demək olacaq.

Saakaşviliyə görə, Rusiya Cənubi Qafqazın üç ölkəsindən ikisi – Azərbaycan və Ermənistan üzərində təsirini itirir və hələlik yalnız “Gürcü Arzusu” partiyası vasitəsilə Gürcüstana nəzarət edir.

N.Təbrizli

Seçilən
73
47
anews.az

10Mənbələr