AZ

Sabah Levski nin qonağıdır

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir. Sport24.az xəbər verir ki, turnirdə iki təmsilçimizdən biri olan "Sabah" da bu gün meydana çıxanlar arasında olacaq.

"Bayquşlar" Bolqarıstanda "Leviski" ilə qarşılaşacaq.

Qeyd edək ki, Georgi Asparuxov adına stadionda baş tutacaq matçın start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək. Komandalar arasında cavab matçı isə avqustun 12-də Masazırda "Bank Respublika Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq.

7 avqust

Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyun 

22:00. "Levski" (Bolqarıstan) – "Sabah" (Azərbaycan)Baş hakim: Duje Strukan (Xorvatiya)Sofiya."Georgi Asparuxov" stadionu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
sport24.az

1Mənbələr