sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Neftçi" klubu daha bir futbolçunun transferini yekunlaşdırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" "Monpelye"də çıxış edən Falaye Sakonun keçidini həll edib. 30 yaşlı sağ cinah müdafiəçisi klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edir. Mali millisinin üzvünün sabah - cümə günü Bakıya gələcəyi gözlənilir. O, paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq. Qeyd edək ki, Falaye Sako 2023-cü ildən "Monpelye"nin formasını geyinib. Komanda ötən mövsüm Liqa 1-də 16 xalla sonuncu olub və aşağı liqaya düşüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.