AZ

KL: "Araz-Naxçıvan" "Omoniya" ilə qarşılaşır

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsi davam edir.

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi "Araz-Naxçıvan" da mərhələnin ilk oyununa çıxacaq. 

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Kipr komandası "Omoniya"nı qəbul edəcək.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstan "Aris"ini üstələyən (2:1, 2:2) "Araz-Naxçıvan" "Dalğa Arena"da baş tutacaq matça itkilərlə çıxacaq. Yunanıstanda qırmızı vərəqə alan İqor Ribeyro ilə yanaşı, Bəxtiyar Həsənalızadə və Bu-Muaka Simakala da növbəti görüşü buraxacaqlar. Bəxtiyarla Simakala "Aris"lə hər iki görüşdə sarı vərəqə alaraq limiti keçdikləri üçün Kipr klubuna qarşı oynaya bilməyəcəklər.

"Araz-Naxçıvan" "Omoniya" cütünün qalibi pley-off mərhələsində PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Araz Naxçıvan”la “Omoniya” arasında cavab oyunu avqustun 14-ü Kiprdə keçiriləcək.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
7 avqust

20:00. "Araz-Naxçıvan" - "Omoniya"
Hakimlər: Andrjey Berka, İvo Nadvornik, Yan Vanya, Ondrey Pexanets (hamısı Çexiya). 
Bakı, "Dalğa Arena"

Seçilən
1
1
fanat.az

2Mənbələr