AZ

"Sabah" klubu "Levski"nin tarixinə düşəcək

BAKI. 7 avqust. TELEQRAF

"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gələcəyi Bolqarıstan təmsilçisi "Levski"nin tarixinə düşəcək.

Teleqraf xəbər verir ki, Masazır komandası avrokuboklarda sofiyalılar üçün 100-cü rəqibi olacaq.

"Levski" indiyədək Azərbaycan klublarından yalnız "Bakı" ilə üz-üzə gəlib. 2009-cu ildə ildə keçirilmiş Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunlarında Bolqarıstan komandası daha üstün olub - 0:0, 2:0.

Qeyd edək ki, bu gün "Georgi Asparuxov" stadionunda "Levski" və "Sabah" arasında keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü isə avqustun 14-də Masazırdakı Əlincə stadionunda ("Bank Respublika Arena") olacaq.

Seçilən
1
teleqraf.com

1Mənbələr