AZ

Maşına siqnal vermək üstündə həmkarını döyən şirkət əməkdaşına hökm oxundu

Ağdam Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Orxan Bəşirovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə qazancından 10 faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla o, 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.


İttihama görə, hadisə 17 mart 2025-ci il tarixində, saat 16 radələrində Ağdam rayonunun Evoğlu kəndi ərazisində yerləşən Ağdam şəhər-Əfətli avtomobil yolunun hərəkət hissəsinin sağ kənarında qeydə alınıb.


Belə ki, Orxan Bəşirov zərərçəkmiş Elmir Qafarovla (soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin təqsirləndirilən şəxsin avtomobilinə siqnal verməsi olub. Buna etirazını bildirən Orxan orada olan şəxslərin gözü qarşısında yumruqla bir dəfə Elmirin ağız nahiyəsinə zərbə endirib.


Hadisədən sonra Orxan Bəşirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
 

Qeyd: Orxan Bəşirov “Qlobal” MMC-də sürücü vəzifəsində işləyir.
 

Kamal Məmmədov 


Tarix: 7 Avqust 2025, 09:07   
Seçilən
0
pravda.az

1Mənbələr