AZ

ABŞ xaricdən gətirilən yarımkeçiricilərə 100 faiz rüsum tətbiq edəcək

ABŞ-a idxal olunan bütün yarımkeçirici çiplərə təxminən 100 faiz gömrük rüsumu tətbiq ediləcək.

Bunu Prezident Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni tarif siyasəti ABŞ-da istehsal öhdəliyi götürməyən bütün şirkətlərə şamil olunacaq.

“ABŞ-a idxal olunan bütün çiplərə və yarımkeçiricilərə 100 faiz rüsum tətbiq olunacaq. Ancaq əgər siz ABŞ-da istehsal öhdəliyi götürmüsünüzsə və ya artıq istehsal prosesindəsinizsə, bu zaman rüsum tətbiq edilməyəcək. Bir çox şirkət bu mərhələdədir”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, yeni qərar ABŞ-ın daxili istehsal potensialını gücləndirmək və texnoloji asılılığı azaltmaq məqsədi daşıyır.

MənbəAPA
Seçilən
32
3
banker.az

5Mənbələr