Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.
"Unikal" xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçiləri "Araz-Naxçıvan" və "Sabah" klubları növbəti sınaq üçün meydana çıxacaqlar.
Avrokubokların debütantı "Araz-Naxçıvan" bu mərhələdə Kiprin "Omoniya" komandası ilə üz-üzə gələcək.
Digər təmsilçimiz "Sabah" isə səfərdə Bolqarıstanın "Levski" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasının bu mərhələsində ümumilikdə 29 qarşılaşma keçiriləcək.
7 avqust
UEFA Konfrans Liqası, III təsnifat mərhələsi
Saat 20:00, "Araz-Naxçıvan" - "Omoniya";
Saat 22:00, "Levski" - "Sabah".