AZ

Kamçatkada vulkan 11,5 kilometr hündürlüyə kül püskürdü

Rusiyanın Kamçatka yarımadasındakı Klyuçevskaya Sopka vulkanı 11.5 kilometr hündürlüyə kül püskürüb.

Demokrat.az xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun "Telegram" kanalında dərc edilib.

Qeyd olunub ki, bu, səhər saatlarında baş verən ikinci kül püskürməsidir. Klyuçevskaya Sopka Kamçatka ərazisində fəaliyyətdə olan aktiv vulkandır. Hündürlüyünə görə bütün Avrasiya materikinin ən hündür vulkanıdır. Vulkanın yaşı təxminən 7 000 il hesablanır.

Seçilən
12
demokrat.az

1Mənbələr