Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə start veriləcək.
İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində "Sabah" Bolqarıstanda "Levski"nin qonağı olacaq.
Avropa Liqasının I təsnifat mərhələsində "Selye"yə (Sloveniya) uduzub, Konfrans Liqasının II təsnifat mərhələsində "Petrokub”a (Moldova) qalib gələn Azərbaycan kubokunun qalibi səfərdən uğurlu nəticə ilə dönməyə çalışacaq.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
7 avqust
22:00. "Levski" - "Sabah"
Baş hakim: Duye Strukan (Xorvatiya)
Sofiya, "Georgi Asparuxov" stadionu.
Qeyd edək ki, cavab oyunu avqustun 14-də Bakıda olacaq.
İdman.biz