“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisi “Lester”dən Vilfrid Ndidin heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ndidi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İstanbula gəlib.
Ndidi ilə razılaşmanın detalları açıqlanmayıb.
Vilfrid 2017-ci ildən “Lester”in formasını geyinirdi. O, Premyer Liqada 220 oyunda 7 qol vurub, 14 məhsuldar ötürmə edib.