Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” bu gün III təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Msport.az xəbər verir ki, komanda Bolqarıstanın “Levski” kollektivinin qonağı olacaq.
Sofiya şəhərində yerləşən “Georgi Asparuhov” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Xorvatiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İctimai TV” vasitəsilə canlı yayımlanacaq.
Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
7 avqust
22:00. “Levski” (Bolqarıstan) – “Sabah” (Azərbaycan)
Hakimlər: Duje Strukan, Alen Yakşiç, Maryan Tomas, Ante Terziç
VAR hakimləri: Mario Zebeç, Ante Çulyak (hamısı Xorvatiya)
“Georgi Asparuhov” stadionu