AZ

Hərbi Prokurorluğa yeni rəis təyin edildi

Hərbi Prokurorluğun Təşkilat və icraya nəzarət şöbəsinə yeni rəis təyin edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Baş prokurorun müvafiq əmri və hərbi prokurorun təqdimatı əsasında baş ədliyyə müşaviri Əliyev İsmayıl Zəbərxan oğlu Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Hazırda Hərbi Prokurorluqda hərtərəfli və intensiv islahatlar yeni hərbi prokurorun rəhbərliyi ilə uğurla davam etdirilir.

Seçilən
43
publika.az

1Mənbələr