AZ

"Levski"nin qapıçısı “Sabah”la oyundan nə danışdı?

"Azarkeşlərimiz ev oyunlarında hər zaman bizə yüksək səviyyədə dəstək verirlər".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Levski”nin (Bolqarıstan) qapıçısı Svetoslav Vutsov Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"a qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Bolqarıstan millisinin qapıçısı sabahkı matçda uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib:

"Ümid edirəm ki, komanda yaxşı oyununu davam etdirəcək və azarkeşləri qələbə ilə sevindirəcək.

Bu dövrdə ən böyük köməkçim mənə güvənən məşqçilər oldu. Sonra məni dəstəkləyən və kömək edən komanda yoldaşlarım. Ç

ünki futbol kollektiv idman növüdür. Meydanda uğurlu nəticə üçün hər şeyi edəcəyəm”.

"Levski" - "Sabah" görüşü bu gün Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.

Seçilən
13
43
sportinfo.az

10Mənbələr