AZ

Myanmanın keçmiş prezidenti vəfat edib

Ajans.az Myanma hərbi xuntasına istinadən xəbər verir ki, Myint Sve yerli vaxtla cümə axşamı saat 08:28-də paytaxt Nay Pyi Taw şəhərindəki xəstəxanada dünyasını dəyişib. Ölüm səbəbi olaraq "neyrodegenerativ və əlaqəli nevroloji xəstəliklər" göstərilib. Rəsmilər onun üçün dövlət dəfn mərasiminin keçiriləcəyini açıqlayıblar. 2023-cü ilin əvvəlindən etibarən Myint Svenin səhhətində ciddi problemlər yaranmağa başlamışdı. Hərbi xunta bildirib ki, o, "hərəkət zəifliyi və qida qəbulunda çətinlik" yaşayıb. 2024-cü ilin aprel ayında Sinqapurda müalicə alıb və iyul ayında tibbi məzuniyyətə çıxıb. Çərşənbə günü dövlət nəzarətindəki “Global New Light of Myanmar” qəzeti onun "arıqlama, iştahsızlıq, qızdırma və idrak funksiyalarının azalması" simptomları ilə kritik vəziyyətdə olduğunu yazmışdı.

2024-cü ilin iyul ayından etibarən prezidentin əsas mərasim funksiyaları Silahlı Qüvvələrin baş komandanı və faktiki ölkə rəhbəri Min Aunq Hlainq tərəfindən yerinə yetirilirdi.

Seçilən
15
Ajans.az

1Mənbələr