AZ

Konfrans Liqası: “Sabah” bu gün Bolqarıstan klubunun qonağı olacaq

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” bu gün III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, komanda Bolqarıstanın “Levski” kollektivinin qonağı olacaq.

Sofiya şəhərindəki Georgi Asparuxov stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Seçilən
14
1
azertag.az

2Mənbələr