II Dünya Müharibəsinin son ilində baş verən Boraltan Körpüsü faciəsinin təfərrüatları nisbətən naməlumdur. Həmin dövrdə Türkiyəyə sığınan Azərbaycan əsilli 195 sovet vətəndaşı müharibə başa çatdıqdan dərhal sonra SSRİ-yə qaytarılıb və Sovet sistemi onları sərhəddəcə edam edib.
Hafta.az-ın yazdığına görə, Türkiyənin o vaxtkı prezidenti İsmət İnönü qaçqın böhranının sovetlərlə mövcud mübahisələrə əlavə olunmasını istəmirdi. O, Sovetlərə jest etmək və Türkiyəyə sığınan 195 Azərbaycan vətəndaşını geri qaytarmaq qərarına gəlib.
çıxışlarında “Unutmayın: Boraltan Körpüsü faciəsi kimi bu milləti bir daha heç vaxt utandırmayacağıq” deyir.
Ankara Hacı Bayram Vəli Universitetinin professoru Məsut Karakulak Boraltan Körpüsü faciəsinin təfərrüatları ilə bağlı TRT News-a danışıb. O, Boraltan Körpüsü faciəsinin Türkiyə tarixində faciəvi hadisə olduğunu vurğulayaraq, "Xüsusilə II Dünya Müharibəsinə son mərhələdə qoşulmasına baxmayaraq, Türkiyə bu faciəli hadisədən ən çox zərər çəkən tərəflərdən biri oldu" deyib.
Professor Karakulak müharibə qanunlarına görə Türkiyəyə sığınan əsgərlərin həbs edilməli olduğunu bildirib: “II Dünya Müharibəsi Sovet ordusu üçün ağır itkilərlə başlamışdı, lakin son nəticədə alman ordusuna qarşı müharibədən zəfərlə çıxdılar. Təbii ki, bu müharibədə bir çox Azərbaycan türk birlikləri də iştirak etdi, itkilər də oldu. Bu döyüş dövründə Türkiyəyə sığınacaq hər kəs, müharibə qanunlarına görə Türkiyədə saxlanılmalı idi. Boraltan faciəsi II Dünya Müharibəsinin sonunda Stalin Türkiyəyə sığınan Azərbaycan türklərinin ekstradisiyasını tələb etdiyi zaman baş verdi. Təəssüflər olsun ki, o zamankı Türkiyə rəhbərliyi Azərbaycan türk soydaşlarımızı təhvil verdi. Azərbaycan türk vətəndaşları bilərəkdən ölümə göndərildilər. Çünki əvvəllər məlum olduğu kimi, bu cür hərbi repatriasiya proseslərinin nəticələri, məlum olduğu kimi, ölüm idi. Biz gördük ki, Qarsda vətənə qaytarılan bu Azərbaycan türk vətəndaşları, Qars və Boraltanda sərhədi keçərkən vəhşiliklə üzləşdilər”.
Türkiyənin diplomatik tarixində belə repatriasiyaların olmadığını izah edən professor Karakulak tarixi hadisələrdən misallar çəkib: "Türkiyə-Rusiya münasibətləri tarixinə fikir versək, İsveç kralı 1809-cu ildə Poltava döyüşü zamanı Osmanlı İmperiyasına - Türkiyəyə sığındıqdan sonra Osmanlı müharibə riskinə girib, amma onu təhvil verməyib. Eynilə, XIX əsrdə İmperiyanın devrilməsi zamanı belə, polşalı və macar qaçqınlar təhvil verilməyib. Bu prizmadan yanaşsaq, Azərbaycan türklərinin təhvil verilməsi müharibə qanunlarına görə zəruri deyildi”.
Boraltan Körpüsü məsələsi ilk dəfə 1951-ci ildə Demokrat Partiyasının Tekirdağ millət vəkili Şevkət Mocan tərəfindən gündəmə gətirilib və Türkiyə Böyük Millət Məclisinin protokollarında öz əksini tapıb.
Professor Mesut Karakulak bu faciəli hadisənin o zaman yerli xalqa məlum olduğunu, lakin ictimaiyyətlə paylaşılmadığını bildirib. “1951-ci ildə Demokrat Partiyasının Tekirdağ millət vəkili Şevket Mocan 195 Azərbaycan türkünün vətənə qaytarılması ilə bağlı parlamentə sual verdi. Bu parlament sorğusu nəticəsində o dövrün Daxili İşlər və Ədliyyə nazirlikləri cavab yazdılar. Bundan sonra müəyyən bilgilər ictimaiyyətə məlum olmağa başladı. Hətta müharibə ilə heç bir əlaqəsi olmayan, Almaniyadan Türkiyəyə sığınan tələbələr də Sovetlərə qaytarıldığı üzə çıxdı” deyən professr Məsut Karakulak xatırladıb ki, beynəlxalq hüquqa görə, SSRİ-dən tələb olunan 3 əsgər Türkiyəyə təhvil verilməli idi. Lakin Sovetlər bunu etməyib. Boraltan Körpüsü isə Türkiyə tarixində faciəvi bir faciə olaraq qaldı.
Xatırladaq ki, prezident Ərdoğan, keçmişdə Türkiyəyə sığınan Azərbaycan türklərinin o dövrün təkpartiyalı hökuməti tərəfindən Sovet İttifaqına təhvil verilməsini vurğulayaraq, “Bir daha Boraltan körpüsü faciəsi kimi utancverici səhnələrlə qarşılaşmayacağıq. Azərbaycanlı qardaşlarımız türk əsgərlərinin boynundan yapışaraq yalvarır, “Bizi təslim etməyin, lütfən bizi burada, öz torpağımızda, öz qardaşlarımızın yanında, öz bayrağımız altında edam edin" deyirdi. Boraltan körpüsünü keçən azərbaycanlılar türk əsgər və zabitlərinin gözü qarşısında körpünün düz o tayında, əlləri bağlı halda edam edilib” deyib.