"Karvan" klubu portuqaliyalı futbolçu ilə heyətini gücləndirib.
Offsideplus.az xəbər verir ki, Yevlax təmsilçisi Vitor Roçanı transfer edib. 29 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Roça son olaraq ölkəsinin “Sanjoanense” klubunda forma geyinib.
Qeyd edək ki, klub bundan öncə Elltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveira Silva, Kyle Spence, Gavi Thompson, Olavale Doeni və Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Durrant, Vüsal Məsimov, Moise Ngwisani, Shaquill Sno və Uğur Cahangirov heyətinə cəlb edib.