AZ

“Azərbaycan İsrailə kömək edib” deyənlərə cavab: “Təəssüf ki, irəli sürülən iddialar... ”

İran prezidentin oğlu Yusif Pezeşkian İran və Azərbaycan Respublikası arasında əlaqələrin inkişafına qarşı çıxan ekstremist qrupların şifahi hücumuna münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, administrasiyada kommunikasiya PR üzrə köməkçi vəzifəsini tutan oğul-Pezeşkian yazıb:

"Etdiyimiz işlərin nəticələri var və onlardan yayına bilmərik. Böyümə mərhələsi odur ki, nəsə demək və nəyisə ifadə etmək istəyəndə dediklərimizin doğruluğuna inanmaqla yanaşı, sözümüzün nəticələrini də düşünməli, onun nəticələrini ölçüb-biçməli və qəbul etməliyik. Toyuqlu pizza

Bəzi platformalı insanlar bir müddətdir ki, “Azərbaycan müharibədə İsrailə kömək edib”, - deyirlər. Belə bir iddia irəli sürməzdən əvvəl, ilk növbədə,  bu iddianı təsdiq edən hansı sənəd-sübutların olub-olmadığını araşdırmalıyıq.

Kəşfiyyat və təhlükəsizlik təşkilatları bu barədə məlumat veriblərmi?

Azərbaycanda yaşayan iranlılardan müşahidələr, məlumatlar varmı?

Bəs, Azərbaycanın İrana qarşı müharibədə İsraili dəstəklədiyini sübut edən hər hansı sübutlar? 

Təhlükəsizlik qurumları bunu təsdiqləməyib".

Daha sonra Yusif Pezeşkian qeyd edib: "Növbəti mərhələdə araşdırmalıyıq ki, bu iddia ölkəmizə hansı fayda və ya xeyir gətirəcək?

Bəlkə, Azərbaycanla münasibətlərimizin gələcəyinin gərgin və bezdirici olmasını istəyirik?

İslam Respublikasının Azərbaycanla münasibətlərinin inkişafının 3 ssenarisi var.

Birinci - Azərbaycanla döyüşmək, ya da Azərbaycanı bizimlə döyüşməyə təhrik etmək!

İkinci - Azərbaycanla məsələmizi həll etmədən iki ölkəni "nə hərb, nə sülh" şəraitində saxlamaq!

Üçüncü - Fikir ayrılıqlarımıza baxmayaraq, qonşulğu davam etdirmək və birlikdə işləmək. Biz onun problemlərinin həllinə kömək edir və onlar problemlərimizi həll etmək üçün bizə kömək edir!

Birinci variant qətiyyətlə ölkə rəsmilərinin istədiyi deyil. Yəni ölkənin maraqları ilə uzlaşmır. Təəssüf ki, irəli sürülən iddialar ölkəni birinci varianta doğru sürükləyir.

Əgər kimsə deyirsə ki, Azərbaycan müharibədə İsrailə kömək edib, deməli, Azərbaycan düşmənimizdir. "Azərbaycan düşmənimizdir" deyəndə, bu o deməkdir ki, onunla mübarizə aparmalıyıq. Ölkə ziyalılarının belə bir niyyəti olduğuna şübhə edirəm.

İkinci varianta inananlar əslində düşünürlər ki, biz Azərbaycanla düşmənik, amma onunla müharibəyə girməyəcəyik. Bu variant da bizim xeyrimizə deyil. Niyə? Çünki kiminləsə düşmən olursansa, onun sənə qarşı hərəkət etməsini gözləməlisən.

Müharibə təkcə hərbi deyil. Beynəlxalq forumlarda əleyhinizə səs verirlər, mövqe nümayiş etdirirlər. İqtisadiyyatda sizə hər cür zərər verə bilərlər...

Üçüncü variant isə buna əsaslanır ki, bütün siyasi və beynəlxalq məsələlər və dövlətçilik düşüncəsində eyni mövqe və yanaşmalara malik bircə cüt ölkə belə yoxdur. Təbii fərqlər var. Ancaq fikir ayrılıqlarına və bəzən maraqların toqquşmasına baxmayaraq, əməkdaşlıq edə biləcəyimiz və bir-birimizə fayda verə biləcəyimiz ümumi məsələlər tapa bilərik. İqtisadi, ticari və hətta təhlükəsizlik məsələlərində bir-birimizə kömək edə bilərik və mümkün qədər fikir ayrılıqlarını həll edə və ya onları azaltmağa çalışa bilərik.

Mən dərindən inanıram ki, bəzi insanların yaxşı niyyətləri var, lakin onlar israr etdiklərinin təkcə ölkənin zərərinə deyil, həm də müsəlmanların və İsrailin xeyrinə olduğunu dərk etmirlər. Ehtiyatlı olaq ki, bilmədən İsrailin piyadasına çevrilməyək".

 


Telegram kanalımız
Seçilən
36
yenisabah.az

1Mənbələr