AZ

Qarabağ la oyunda azarkeşləri siyasi şüarlar səsləndirən Şkendiya ya xəbərdarlıq edildi

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la keçirilən ilk oyun Şimali Makedoniyanın "Şkendiya" klubu üçün uğursuz alınıb.

Oxu.Az xəbər verir ki, komanda evdə məğlub olmaqla yanaşı, yerli futbol federasiyasından da növbəti dəfə xəbərdarlıq alıb. Buna səbəb Skopyedəki "Todor Proeski" stadionuna toplaşan azarkeşlərin siyasi şüarlar səsləndirməsi olub.

Fanatların bir qismi Albaniyanın, albanəsilli olan qismi isə Şimali Makedoniyanın əleyhinə şüarlar səsləndiriblər. Bu hal isə "Şkendiya"nın təkcə futbol deyil, basketbol matçları zamanı da müşahidə olunur. Şimali Makedoniya Futbol Federasiyası isə azarkeşləri ölkənin mənafeyi üçün birlik olmağa çağırıb.

Qeyd edək ki, görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab matçı avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
oxu.az

1Mənbələr